Azərbaycanlı iş adamı Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalaraq həlak olub. Bu barədə 10 fevral tarixində Oxu.az məlumat verib.
Əslən Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Həbib oğlu Əliyev Türkiyəyə iş görüşməsi üçün gedibmiş.
“Təəssüf ki, həlak olanlar içərisində o da var. Özü Rusiya vətəndaşı idi, iş üçün Türkiyəyə, Hatay bölgəsinə getmişdi. İkimərtəbəli binada qalırdılar. Deyilənə görə, həmin binanın dağıntıları altında 40 nəfər adam olub. İlk gün səkkiz nəfər sağ çıxarılıb, ardınca dörd nəfərin meyiti. Ölənlər içərisində Eldəniz də olub. Qardaşı Türkiyəyə gedib. Xəbər etdi ki, Eldənizin cənazəsi sabah saat 13:00-da Ankaradan təyyarə ilə Bakıya gətiriləcək. Salyanda dəfn olunacaq”, - Eldəniz Əliyevin ailə yaxını bildirib.
Eldəniz Əliyev ailəli idi, iki oğul övladı qalıb.