Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Ağsu rayonunda keçiriləcək. Bu barədə İnsanoid qurumun mətbuat xidmətinə istinadən bu gün, 10 aprel tarixində xəbər verir.
Qurumun “Açıq mikrofon” aksiyası çərçivəsində keçiriləcək görüş İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə təşkil olunacaq.
Aksiya Ağsu şəhərinin Bayraq Meydanında baş tutacaq. “Səyyar qəbul otağı” aprel ayının 12-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.