Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla növbəti görüşünü Şəmkir rayonunda keçirəcək. Bu barədə 24 aprel tarixində “Azəriqaz” məlumat verib.
Aksiya Şəmkir şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” aprelin 26-da saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.