Noyabrın 24-də saat 10:00-da "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə qurumdan bildirilib.
Qəbul Şəmkir şəhəri, Cahangir Əliyev, 33 ünvanında yerləşən “Azərişıq” ASC-nin Şəmkir İdarəetmə və Nəzarət Mərkəzində keçiriləcək.
Qəbulda iştirak etmək istəyən şəxslər Şəmkir Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.