Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru və direktoru Azərpaşa Nemətov dəfn olunub. Bu barədə Report 10 aprel tarixində xəbər verib.
Mərhum 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göndərdiyi əkili Milli Dram Teatrında keçirilən vida mərasimi zamanı tabutunun önünə qoyulub.
Bundan başqa Heydər Əliyev Fondu da A.Nemətovun vida mərasiminə əklil göndərib.
Azərpaşa Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, aprelin 9-da 76 yaşında dünyasını dəyişib.