Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbəti dəfə tələbə və məzunlar üçün karyera sərgisi keçiriləcək. Bu barədə Report 30 mart tarixində xəbər verib.
Məşğulluğun artırılması məqsədilə keçirilən sərgidə 70-dən çox dövlət qurumu, müəssisə və təşkilat ümumilikdə 200-dən çox vakansiya və təcrübə proqramı ilə iştirak edəcək.
Sərgidə iştirakçı qurumlar tərəfindən AzMİU tələbə və məzunlarına ixtisasları üzrə məşğulluq, iş və təcrübə imkanları təklif ediləcək.
Karyera sərgisi aprelin 4-də saat 10.00-da Ayna Sultanova küçəsi, 11 ünvanında – AzMİU-nun İdman Kompleksində başlayacaq.
AzMİU rəhbərliyi, Təcrübə və Karyera Mərkəzi universitetin bütün tələbə və məzunlarını sərgidə fəa iştiraka dəvət edir.