Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti işləri ilə bağlı açıqlama yayıb. Bu barədə 15 aprel tarixində APA məlumat verib.
Məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq “Formula 1” Azərbaycan Qran-prisinə hazırlıqlar çərçivəsində trekin keçdiyi yollarda quraşdırma işlərini davam etdirir.
Belə ki, 15 aprel gecə 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq. Burada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək.