Aprelin 1-də Baş Prokurorluq həqiqətə uyğun olmayan məlumatları paylaşan iki sayta xəbərdarlıq edib.
Belə ki, dünən, 31 mart tarixində “gazet.az” və “manset.az” media subyektləri Naxçıvanda məktəb binasının uçması nəticəsində 20-dən artıq şəxsin ölməsi və çoxlu sayda yaralıların olması barədə yalan məlumatlar yayıb. Bununla da “Media haqqında” Azərbaycan Qanunlarının tələbləri pozulub.
Həmin saytlara prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.
“Bundan sonra da bu kimi hallara qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək”, - deyə prokurorluqdan əlavə edilib.