Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib. Bu barədə Report 21 aprel tarixində xəbər verib.
Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov bu yarışın Azərbaycanda yeddinci dəfə təşkil olunduğunu bildirib.
Milli Gimnastika Arenasında keçirilən Dünya Kuboku aprelin 23-dək davam edəcək.
Yarışda Azərbaycanı fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina təmsil edirlər.
Qaliblər ayrı-ayrı alətlər üzrə və çoxnövçülük proqramında müəyyənləşəcəklər.
Ənənəyə uyğun olaraq, ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq.