Bakıda 34 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Bu haqda aprelin 2-də Report xəbər verib.
Hadisə Binəqədi rayonunda baş verib. Yaralı xəstəxanaya çatdırılıb. Ona sol saidin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma davam edir.