Bakıda 40 yaşlı kişi qətlə yetirilib. Bu barədə Report aprelin 5-də məlumat verib.
Aprelin 4-də saat 23 radələrində Nəsimi rayonunda 1982-ci il təvəllüdlü Bəhruz Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Məlum olub ki, zərərçəkmişi 1984-cü il təvəllüdlü Rabil Qasımov mübahisə zamanı bıçaqlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb. Rabil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.