Bakıda 62 yaşlı kişi yanaraq dünyasını dəyişib. Bu barədə Report 23 mart tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verib.
Məlumata əsasən, yanğın Binəqədi rayonunda yerləşən beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində baş verib. 1960-cı il təvəllüdlü şəxsin (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Yanğın söndürülüb.