Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 1 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə ötən gün saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisini vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.