Bakının Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb. Bu haqda aprelin 6-da FHN məlumat yayıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Qeyd edək ki, bu gün Kürdəmir rayonunun Ərşəli kəndində də “LADA” markalı minik avtomobilinin yanar hissələri yanıb.