Bakının Binəqədi rayonunda avtomobildən oğurluq olunub. Bu barədə 24 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, martın 19-da rayon ərazisində bir avtomobildən 4 750 manat və 2 650 dollar, ev açarları və sənəd oğurlanması barədə polisə məlumat daxil olub.
Polislər tərəfindən şübhəli bilinən Abşeron rayon sakini saxlanılıb.