Bakıda kişi küçədə bıçaqlanıb.
Report-un xəbərinə görə, hadisə aprelin 6-da paytaxtın Nizami rayonu,
R. Rüstəmov küçəsində qeydə alınıb.
Elgiz Feyzullayev naməlum şəxs tərəfindən bıçaq yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb, hazırda orada müalicəsi davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.