Bakının Balaxanı qəsəbəsində kafelərin birində bıçaqlanma hadisəsi baş verib. Bu barədə martın 25-də Report xəbər verib.
Belə ki, gənclər arasında dava zamanı 2003-cü il təvəllüdlü şəxs iki ədəd kəsilmiş-deşilmiş bıçaq yarası alıb. O, xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hazırda yaralı reanimasiya şöbəsindədir.
Faktla bağlı araşdırma aparılır.