Bakının Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində gənc qız aprelin 1-də intihara cəhd edib. Bu barədə Report xəbər yayıb.
O, çoxmərtəbəli binanın 4-cü mərtəbəsindən özünü ataraq avtomobilin üzərinə düşüb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun durumunun ağır olduğu bildirilib.
Məlumata görə, gənc həmin binada anası ilə kirayədə qalır.
Hadisənin təfərrüatları araşdırılır.