Bakıda Səbail rayonu ərazisində yerləşən “Location” gecə klubunda baş verən partlayışda yaralananlardan bir nəfər vəfat edib. Bu haqda aprelin 5-də TƏBİB-dən məlumat verilib.
1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva 60-62% və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyaya yerləşdirilmişdir.
İnsidentdə ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 2 nəfər isə həyatını itirib. Hal-hazırda 12 nəfər müalicə alır. Vəziyyəti kritik ağır olan 2 nəfər özəl xəstəxanalardan birinə köçürülüb.
Qeyd edilib ki, reanimasiyada olan 4 nəfərdən 1-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağırdır.