Bakının Binəqədi rayonunda köşk yanıb. Bu haqda aprelin 4-də FHN məlumat yayıb.
Ümumi sahəsi 64 m² olan istifadəyə yararsız vaqon tipli köşkün yanar konstruksiyaları və bitişik ümumi sahəsi 540 m² olan birmərtəbəli mebel sexinin taxtadan ibarət 1 ədəd pəncərə çərçivəsi yanıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.