Bakıda kombi oğurlamağa cəhd edən şəxs axtarışa verilib. Naməlum şəxsin videogörüntüsünü martın 23-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev öz Facebook səhifəsində paylaşıb.
Hadisə Nizami rayonunda yaşayış evlərindən birinin qarşısında qeydə alınıb. Həmin şəxs kameranı gördüyü üçün hadisə yerindən uzaqlaşıb.
Bu şəxsi tanıyanlardan polisə onun barəsində məlumat vermələri xahiş olunur.