Bakının Binəqədi rayonunda mansard tipli üçmərtəbəli evin zirzəmisi yanıb, bir nəfər dünyasını dəyişib. Bu haqda martın 26-da Report xəbər verib.
1989-cu il təvəllüdlü Orxan Əliyevin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı təhqiqat aparılır.
2021-ci ildə Azərbaycanda 14 503 yanğın olub. Yanğınlar zamanı 38 nəfər ölüb, 129 nəfər xəsarət alıb. Yanğınsöndürən və xilasedicilər tərəfindən 40 nəfər xilas edilib, 806 nəfər təxliyə olunub.
Vətəndaşlar yanğın təhlükəsi zamanı 112-yə zəng edə bilərlər.