Bakıda qumbaralar aşkarlanıb. Bu barədə aprelin 2-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası və UZRQM-2 markalı qumbaranın 3 ədəd partladıcısı olduğu müəyyən edilib.
Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.