Bakı şəhərinin Sabunçu rayonunda martın 31-də silah-sursat aşkarlanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd partladıcısı üzərində olan UZRQM-2, 95 müxtəlif çaplı patron, 1 avtomat darağı və 1 döyüş bıçağı zərərsizləşdirilməsi üçün ərazidən kənarlaşdırılıb.
Sözügedən ərazidə digər təhlükəli əşya aşkarlanmayıb.