Bakının Sabunçu rayonunda yerləşən bazarda gənc oğlan bıçaqlanıb. Bu barədə aprelin 7-də APA məlumat yayıb.
28 yaşlı oğlan naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Anoloji hadisə aprelin 4-də Nizami rayonunda baş verib. “8-ci km bazarı”nda paytaxt sakini 28 yaşlı oğlana bıçaqla zərbələr endirmişdir.