Bakı şəhər sakininə qarşı soyğunçuluq törədilib. Bu barədə 23 mart tarixində Apa məlumat verib.
Belə ki, DİN-in “102 Zəng Mərkəzi”nə zəng edən Bakı şəhər sakini paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin zor tətbiq edərək onun 250 dollar pulunu almasını bildirib. Polis əməkdaşları tərəfindən soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.