Binəqədi rayonu, Bakı-Sumqayıt şosesinin paytaxt istiqamətində yol qəzası baş verib. Nəticədə bir nəfər xəsarət alıb. Bu barədə aprelin 7-də APA xəbər yayıb.
“Opel” markalı avtomobil yüksək sürətlə eyni istiqamətdə hərəkət edən “Vaz-2106” markalı maşınla toqquşub. Hadisə nəticəsində “Opel”in sürücüsü yaralanıb. “VAZ-2106” markalı nəqliyyat vasitəsi isə deformasiyaya uğrayıb.
Faktla bağlı araşdırma davam edir.