Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə pensiyaların aprelin 8-də ödənilməsi nəzərdə tutulub. Bu barədə 6 aprel tarixində Dövlət Sosial Müdafiə Fondunun Facebook səhifəsində məlumat verilib.
Qeyd edək ki, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın növbəti rübünün ödənişi də aprel ayının pensiyalarına əlavə ediləcək.