Dünən Bakıda küləyin törətdiyi fəsadlar nəticəsində 9 nəfər müxtəlif xəsarətlər alıb. Bu barədə aprelin 5-də TƏBİB Report-a məlumat verib.
Yaralananlar xəstəxanalara çatdırılıblar. Xəsarət alanların hər biri evə buraxılıb. Qeyd edək ki, xəsarət alanlardan 8-i qadın, biri isə 16 yaşlı oğlan uşağı olub.