Bakı şəhərinin Pirallahı rayonunda aprelin 7-də sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Məlumata görə, 1 ədəd 100 mm-lik OF-32 top mərmisi tapılıb. Sursat zərərsizləşdirilməsi üçün ərazidən kənarlaşdırılıb.
Hadisə yerində və ətraf ərazidə digər şübhəli əşya aşkarlanmayıb.