Bakıda 23 yaşlı sürücü qəza törədərək ölüb. Bu barədə 13 fevral tarixində Report məlumat verib.
Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, fevralın 13-ü saat 02 radələrində 2000-ci il təvəllüdlü Rauf Məmmədovun idarə etdiyi "Nissan Sentra" markalı avtomobil sürət həddini aşaraq yoldan çıxıb.
Avtomobilin ərazidə olan parkdakı ağaca dəyməsi nəticəsində sürücü hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.