Bakı dairəvi avtomobil yolunda maşın aşıb, qadın ölüb. Bu barədə 14 mart tarixində Report məlumat verib.
Belə ki, bu gün paytaxtın kənar dairəvi yolunun 4-cü km-də "KİA" markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlunun maşını yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qəza zamanı sürücü yüngül xəsarət alıb, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova isə ölüb.
Faktla bağlı araşdırma aparılır.
[playlist type="video" tracklist="false" ids="109080"]