Bakı Metropolitenində oğurluq əməlləri törədən şəxslər saxlanılıblar. Bu barədə 14 dekabr tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon və pul oğurlamaqda şübhəli bilinən 28 yaşlı Samil Kərimov, 32 yaşlı Adil Paşayev saxlanılıblar.
Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur.