Bakı-Quba yolunda yük maşını betona çarpılıb, yanğın olub. Bu barədə 6 fevral tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
“Volvo” markalı tranzit yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı beton maneəyə çarpılması nəticəsində avtomobildən ayrılan təkərdə yanğın baş verib.
Yanğın qısa müddətdə söndürülərək avtomobilə keçməsinə imkan verilməyib. Həmçinin avtomobilin yanacaq çənindən ətrafa dağılmış yanacaq yuyularaq yanğın təhlükəsi aradan qaldırılıb.