Bakı sakininin avtomobili qaçırılıb. Bu barədə 3 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Hadisə yanvarın 2-si Nəsimi rayonu, S.Vurğun küçəsi ev 60-ın qarşısında qeydə alınıb.
Belə ki, paytaxt sakininə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən Bakı sakini V.Musayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.