Bakı sakininin avtomobilində silah-sursat aşkarlanıb. Bu barədə 7 dekabr tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Sabunçu rayonunda paytaxt sakini Cəmil Mirbağırovun idarə etdiyi “Nissan” markalı avtomobilə baxış zamanı oradan “TOZ-8” markalı tüfəng və 1 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.