Abşeron rayonu, Bakı-Sumqayıt şosesində yanğın olub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 18 fevral tarixində xəbər verir.
Bakı-Sumqayıt şosesi, 129 ünvanında baş verən yanğına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürmə qüvvələrinin fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 700 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə, içərisində olan bəzi əşyalar yanıb.
Tikilinin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.