Bakıda bütün gecə boyu Türkiyə üçün yardımların toplanması davam edib. Bu barədə İnsanoid bu gün, 8 fevral tarixində xəbər verir.
Paytaxtın Babək prospektində yığılan yardımlar üçün hər kəs əlbir olub. Yığılan yardımların ardı-arası kəsilmir.
Azərbaycan Türkiyədə zərər görmüş qardaş ölkənin vətəndaşlarına əlindən gələni əsirgəmir.
Qeyd edək ki, toplanan yardımların ünvanı dəyişdirilib. Bu gün saat 11:00-dan etibarən hər kəs əşyaları Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksinə gətirə bilər.