Bakının Xətai rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 7 dekabr tarixində Report məlumat verib.
Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Y.Əsgərovanı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qasıq və oturaq sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.