Bakıda yeniyetmə qız itkin düşüb. Bu barədə 11 fevral tarixində Oxu.az məlumat verib.
Nizami rayonunda yaşayan 15 yaşlı G.Ə. fevralın 6-da evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə onun atası E.Ə. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciətində bildirib.
Faktla bağlı həmin bölmədə araşdırma və əməliyyat tədbirləri aparılır.