Bakıda 15 yaşlı qız itkin düşüb. Bu barədə 22 aprel tarixində APA məlumat verib.
Belə ki, ötən gün Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsi, ev 13/14-də yaşayan 2008-ci il təvəllüdlü Hümbətova Mələk Mehralı qızı evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.