Bakının Suraxanı rayonunda 16 yaşlı yeniyetmə kirayə qaldığı evin sahibini anasına sataşdığına görə bıçaqlayıb. Bu barədə noyabrın 18-də APA xəbər yayıb.
Hadisə Ramana qəsəbəsində S.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Mübahisə zamanı 1968-ci il təvəllüdlü Musayev Aqil Bahadur oğlu qarnından bıçaq zərbəsi alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.