Bakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var. Bu barədə 14 yanvar tarixində Report məlumat verib.
Hadisə yanvarın 13-də paytaxtın Yasamal rayonundakı K.Kazımzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Məmməd Qənbərov kirayə yaşadığı fərdi yaşayış evinin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, onunla eyni ünvanda kirayə yaşayan 2008-ci il təvəllüdlü Vəli Qarayev və 1987-ci il təvəllüdlü Gülnarə Qarayeva dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.