Bakıda 3 nömrəli Uşaq Evinin direktoru dəyişdirilib. Bu barədə 13 aprel tarixində Report məlumat verib.
Belə ki, bu gün Xətai rayonu 3 nömrəli Uşaq Evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının kollektivlə görüşü keçirilib.
Müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.
Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.