Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 18 aprel tarixində məlumat verib.
Xəzər rayonunda iki avtomobilin toqquşması nəticəsində sərnişin, 4 yaşlı Ayan Şükürlü xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.