Bu gün Bakıda 6, 10, 53, 77 və 205 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilərək alternativ küçələrlə təşkil edilib. Bu barədə 16 fevral tarixində Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Dəyişiklik Səbail rayonunun İstiqlaliyyət küçəsinin sol zolağında aparılan təmir işləri ilə əlaqədardır.
Belə ki, 6, 10, 53, 205 nömrəli marşrutlar İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Ə.Cavad küçəsindən, 77 nömrəli marşrutlar isə A.Şaiq, M.Əliyev, M.Muxtarov, Əhməd Cavad küçələrindən keçməklə daha sonra öz hərəkət sxemi üzrə təşkil edilib.