Bakıda gözəllik salonunda qadın qətlə yetirilib. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 13 aprel tarixində xəbər verir.
Bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində gözəllik salonlarından birində 37 yaşlı Aygün Yusifovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 43 yaşlı İsrafil Yusifov polisə gələrək təslim olub.
Araşdırma aparılır.