Bakıda avtomobil ahıl kişini vuraraq öldürüb. Bu barədə 24 noyabr tarixində Report məlumat verib.
Hadisə Bakı kənar dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Elvin Məmmədov idarə etdiyi "Mazda" markalı avtomobillə piyada, 1940-cı il təvəllüdlü Sakit Niyazovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.