Bakıda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. Bu barədə İnsanoid Apa-ya istinadən bu gün, 12 yanvar tarixində xəbər verir.
Hadisə 8 Noyabr prospektində, “Nargilə” kafesinin qarşısında qeydə alınıb. İşıqforun qırmızı işığında hərəkət edən “BMW” markalı avtomobil “Toyota Camry” markalı maşınla toqquşub. Zərbənin təsirindən “BMW” yolun kənarına, səkiyə aşıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Araşdırma aparılır.