Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər yaralanıb. Bu barədə noyabrın 9-da APA xəbər yayıb.
Hadisə Yusif Səfərov küçəsində baş verib. Qəza zamanı 20 yaşlı Kamran Qədirov və onun qardaşı Nurlan Qədirovu avtomobil vurub.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.